Yunan adasında "azərbaycanlı gənclər"in yanındakı cangüdənin çantasında nə vardı?

Baxış sayı:
18526

İyulun sonlarında Yunanıstan Mikonos adasında dincəlməyə 12 gənc kişi gəlir. İlk baxışda burada təəccüblü heç nə yoxdur, bu bir turist adasıdır və buraya yay aylarında çox insan dincəlmək üçün gedir. Ancaq yerlilərin diqqətini cəlb edən bu kişilərin adada 19 günə 2 milyon avro xərcləməsi olur. Onlar burada villa kirayələyirlər, bu villa üçün günü 25 min avro olmaqla, ümumilikdə 475 min avro ödəyirlər. Bundan başqa, kişilər özlərilə qızlar da gətirmişdi. Ancaq diqqəti daha çox çəkən onların yanında əlində çanta ilə gəzən cangüdən idi. Çantanın içərisindəki isə nəğd pul idi. Yunanıstanın Skai TV kanalı iddia edir ki, bu gənclər azərbaycanlıdır. BBC News Azərbaycanca bu gənclərin plyaj keyfi barədə telekanal üçün reportaj hazırlayan jurnalistlə danışıb. "Xidmətçinin sözlərinə görə, çimərlikdə olan əli çantalı cangüdən hər şeyin pulunu yalnız nəğd olaraq ödəyirdi", Frixos Drakontidis bizə deyir. Skai TV-nin müxbiri bu məlumatları plyajda işləyən işçilərdən əldə etdiyini bildirib. BBC News Azərbaycanca Instaqram və Google köməyilə buranın Panormos çimərliyi olduğunu aşkarlayıb. Milyonçular Jurnalistin sözlərinə görə, ötən il həmin qrup eyni məkanda 3 milyon avro pul xərcləyib, amma o zaman onların qrupunda 28 nəfər olub. Xidmətçilər deyiblər ki, "o qrupun üzvləri çox pul xərclədiklərinə görə onları milyonçu olduğunu hesab ediblər". Qrup üzvləri çimərlikdə yerləşən dəbdəbəli villa kirayə ediblər və ona bir gün üçün 25 min avro ödəyiblər. Xidmətçilər Skai TV-nin müxbir Frixos Drakontidis-ə deyiblər ki, "onlar qapalı partilərə çoxlu pul xərcləyiblər". Onlar jurnalistə deyiblər ki, həmin qrup ötən il villa üçün günə 50 min avro xərcləyib. Qrupda olanları müşayət edən cangüdənlər üçün VİP nəqliyyat xidməti təşkil olunub. Qızlar kim idi? Skai TV-nin reportajında deyilir ki, qrupun üzvləri Azərbaycandan olan neft-qaz sahəsində çalışan ailələrin uşaqları olub. Ancaq bu məlumatın dəqiqliyini araşdırmaq mümkün olmayıb. Televiziyanın məlumatına görə, istirahət edən qrupu 20 model qız da müşayət edib, amma xəbərin müəllifi jurnalist Frixos Drakontidis deyib ki, qızların eskort və ya qonaq kimi gəlmiş qızlar olması barədə məlumat yoxdur. Qrupun üzvləri 65 min avro pulu - ən yüksək məbləğli hesabı dörd saat ərzində çimərlik barında xərcləyiblər. Gəncləri və qızları istirahət müddətində 12 cangüdən müşayət edib. İddiaya görə, onların hər birinə günlük 700 avro ödənilib. Mykonos adası Egey dənizində, Yunanıstanla Türkiyə arasında yerləşir. Adada 15 min nəfər əhali yaşayır və yay aylarında adanın əhalisi 50 min nəfərə çatır.