“Yumurta uşaq” haqqında yeni gəlişmə

Baxış sayı:
11830

 Yeni Zelandiyadakı terror hücumuna dair təpkiyə səbəb olan açıqlamalar  verən Avstraliyalı senator Fraser Anningin, başına yumurta çırparaq etiraz edən yeniyetmə Will Konolli haqqında aparılan istintaq başa çatıb.
 
Yeni Zelandiyadakı hücumlardan sonra yumurta hücumu ilə gündəmə gələn Avstraliyalı senator və etirazçı gəncə də hər hansı bir rəsmi günahlandırma yönəldilməyib. Ancaq yeniyetmənin yumurta etirazından sonra “Yumurta Uşağı” yerdə təpikləyən şəxs təcavüzlə ittiham olunur.
Yeni Zelandiyadakı məscid hücumları ilə bağlı irqçi mövqedə olan Avstraliyalı senator Fraser Anningi və başında yumurta qıraraq etiraz edən Will Konolli arasındakı hüquqi proses də başa çatıb.
İstintaqı başa çatdırdıqlarını bildirən Viktoriya polisi, senatora və artıq "Yumurta Uşaq” kimi anılan Connollyyə hər hansı bir günahlandırma verməyəcəklərini açıqlayıb. Polis Konolli-nin sadəcə xəbərdarlıq ediləcəyini bildirib.
Müxalifət.az