​Yuliya Skripal Rusiyaya qayıtmaq istəyir – QOHUMUNDAN AÇIQLAMA

Baxış sayı:
1798

Yuliya Skripal "ümidsiz" şəkildə ölkəsinə qayıtmaq istəyir.
Muxalifet.az axar.az-a istinadən bildirir ki, bu sözləri Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal deyib.
"Onun burada iti var, həyatı var, onun burada işi və sevdiyi insan var. Yuliya ancaq Ayda təhlükəsizlikdə ola bilər. Bu vəziyyətdə baş verənləri nəzərə alsaq, onu heç kim qoruya bilməz. Heç bir tərəf onun təhlükəsizliyinə zəmanət verə bilməz", - Viktoriya Skripal deyib.
Qeyd edək ki, viza tələbi rədd edilən Viktoriya Skripal Böyük Britaniyanın Baş naziri Tereza Meyə yardım üçün müraciət etmişdi.