​Yüksək vəzifə verilən Mustafa Abbasbəyli KİMİN OĞLUDUR? - DOSYE

Baxış sayı:
10924

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir vəzifəsinə təyin edilib. Mustafa Abbasbəyli Milli Məclisin 1-ci çağırış (Gəncə şəhərindən) deputatlarından olan Aslan Abbasovun oğludur. A.Abbasov hazırda Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsini tutur. Mustafa Abbasbəylinin böyük qardaşı Məmməd Abbasbəyli isə Azərbaycan Alpinizm Federasiyasının prezidentidir. O, "Xəzər" Universitetini, ABŞ-ın Purdue və George Washington Universitetlərinin məzunudur. Eyni zamanda New York Vəkillər Kollegiyasının üzvüdür. Qeyd edək ki, nazirin müşaviri vəzifəsinə təyin edilən Mustafa Abbasbəyli 1980-ci ildə Gəncədə anadan olub. 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.