Yüksək təzyiq nəticəsində qaz sayğacı partladı, vətəndaşdan 262 manat tələb edirlər – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
13066

Binəqədi rayonu, 28 May  qəsəbəsi, İzlivnoy küçəsi, ev 2- ünvanda yaşayan Abdilov Elşən Abdulkərim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, “Azəriqaz” İB-nin sədri Ə.Hacıyevə, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Mən, ailəmlə birlikdə bir neçə ildir ki, Abşeron rayonu Müşfiqabad qəsəbəsində fərdi evimizdə yaşayıram. Bu ilin  fevralın 24-də 2019-ci ildə gecə saat 2 radələrində qaz sayğacı partlamışdır. Dərhal da 104 qaz xidmətinə zəng edib, məsələni anlatdım.
Bir gün sonra aidiyyatı üzrə işçilər gəlib qaz sayğacına baxış keçirdilər. Eləcə də Fövqəladə Hallar Nazirliyindən də gəlmişdilər. Hər hansı bədbəxt hadisənin baş vermədiyini bildikdən sonra qeyd etdilər ki, bizlik bir iş yoxdur, sayğacda yanğın söndürülüb. Qaz işçiləri isə qeyd etdilər ki, yenidən gedib sayğac almalısınız, biz də gəlib quraşdıra bilərik.
Bir sözlə, evimə quraşdırlımış G4 markalı smart-kart sayğacına gecə vaxtı təbii qaz axınının artması və nəticədə təzyiqin dəflərlə yüksəlməsi nəticəsində sayğac partlamış və yanğın baş vermişdir. Nəticədə tam yararsız hala düşən sayğacı dövlətin işçiləri gəlib tədbir görmək əvəzinə, “get təzədən 262 manat rüsum ödə” məsləhəti verirlər. Mən bu məsuliyyətsiz qaz işçilərinin məsləhətinə haqlı olaraq baxmaq istəmirəm. Çünki bir vətəndaş olaraq qaz xəttində təzyiqin kəskin artması mənim günahım ucbatından baş verməyib və sayğaca mən müdaxilə etməmişəm ki, o yararsız hala düşüb. Budur 2 aydır ki, evimə qaz verilişi dayandırılıb. Qaz işçiləri məsuliyyəti mənim üzərimə qoyurlar. Axı mən necə yolda quraşdırılmış qaz sayğacına müdaxilə edə bilərəm. Eləcə də digər qonşularda da sayğaclarda anormallıq yaranmışdır. Bu soyuqda 2 aydır ailəm əziyyət çəkir. Eşidən yoxdur. Bəlkə mənim bundan sonra 2 il qaz sayğacı almağa pulum olmayacaq. Deməli, qaz məmurlarının dar düşüncəsinə və məntiqinə görə qaz istehlakından məhrum olmalıyam.
Mənim qaz sayğacının partlayaraq yararsız hala düşməsində heç bir günahım yoxdur və SOCAR rəhbərliyindən və “Azəriqaz” İB-nin sədrindən xahiş edirəm, savadsız işçilərini əvvəlcə başa salsınlar ki, qaz xəttində yüksək təzyiqin əmələ gəlməsində ona nəzarət edən mühəndisin məsuliyyətini müəyyənləşdirsinlər və bundan sonra dərhal gəlib öz hesablarına mənim qaz sayğacımı yeniləsinlər.
Cənab Prezident!
Ölkəmizin indiki müharibə şəraitində olduğunu və biz kasıb insanların dolanacağının ağırlığını nəzərə alaraq süni surətdə başımıza oyun açan, bizi dövlətdən narazı salmağa çalışan  “Azəriqaz” İB-nin Abşeron rayonu üzrə  məsuliyyətsiz qaz idarəsi işçilərinin qeyd etdiyim sabotaj fəaliyyətlərinin araşdılıması üçün aidiyyatı üzrə göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildiriəm”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.