​Yüksək sürətlə hərəkət edən avtomobil qarşısındakı maşına çırpıldı - BAKIDA​

Baxış sayı: 36

Qəza Atatürk prospektində qeydə alınıb
Bakının Nərimanov rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, Atatürk prospektində yüksək sürətlə hərəkət edən "Azsamand" markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığı üçün qarşısındakı "BMW"yə çırpılıb.
Nəticədə xəsarət alan olmasa da, “Azsamand” deformasiyaya uğrayıb.
Qəza baş verən əraziyə yol polisləri cəlb edilib.
Hər iki sürücünün izahatları alınıb.