Yük maşını ilə minik avtomobili toqquşub, XƏSARƏT ALANLAR VAR

Şabranda yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şabran rayonu, Günəşli kəndi ərazisindən keçən hissəsində “Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.