​Yük avtomobili yandı - YEVLAXDA

Yevlax rayonunda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlax rayonunda "MAZ" markalı yük avtomobilinin kabinəsi yanıb.
Yanğından yük avtomobilinin qalan hissəsi və kabinədə olan 3 litirlik qaz balonu mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.