YSK-nın seçkinin ləğv qərarından sonra İmamoğlu fikrini dəyişdi

Baxış sayı:
4750

 Ali Seçki Şurasına daha əvvəldə güvəninin tam olduğunu bildirən və "YSK mənim güvəndiyim tək qurumdur, sonuna qədər inanıram. Ciddi bir şəkildə prosesi izləyirəm" açıqlamasını edən Əkrəm İmamoğlu, YSK-nın İstanbul üçün seçkilərin yenilənmə qərarını verməsindən sonra ritorikanı dəyişdi.
 
Əkrəm İmamoğlu bu seçkini milyonlarla insanın alın təri ilə qazandıqlarını, qalib gəldikləri seçkinin əllərindən almağa, haqlarının qəsb edilməyə çalışıldığını deyib.
Mandatı alana qədər YSK-ya güvəndiyini ifadə edən İmamoğlu, saxtakarlıq ortaya çıxınca isə, "YSK-nı pisləyirəm, xəyanət edirlər" - deyib.
Müxalifət.az