YPX maşını qəzaya düşdü - 3 avtomobil toqquşdu

Baxış sayı:
5893

Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. 
Muxalifet.az
-ın APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.
Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. 
Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.