YPG/PKK-ya üsyan edən Ərəbləri ABŞ ordusu gülləbaran etdi

Baxış sayı:
4477

 Suriyanın Deyrizor şəhərində Ərəb tayfalarının terror təşkilatı YPG/PKK işğalına qarşı üsyanı böyüyəndə ABŞ ordusu dövrəyə girib. Şehil qəsəbəsində "YPG işğalına yox" şüarı səsləndirərək etiraz edən Suriyalılara Amerikan vertolyotları və terrorçular atəş açıblar. Nəticədə 6 mülki şəxs qətlə yetirilib.
 
"İŞĞALA YOX” ŞÜARI
 
 Bir həftədir davam edən nümayişlərdə dünən yenə Ərəb tayfalarının çağırışı ilə Deyrizor küçələrini dolduran nümayişçilər, YPG-li terrorçuların istədikləri zaman hüquqsuz olaraq insanları həbs etmələrinə, məcburi səfərbərlik tətbiq etməsinə, neftə əl qoyaraq Əsəd rejiminə satmasına təpki göstərib. "YPG işğalına yox" şüarı səsləndirən nümayişçilər, Şehil qəsəbəsinin Ketf səmtində yer alan terrorçulara aid bir nəzarət nöqtəsini də yandırıb. Rezin yandıraraq yolları bağlayan xalq, təşkilatın hüquqdan kənar davranışlarına təpki göstərib.
 
İNSANLARA ÇARPAZ ATƏŞ
 
 Suriyadakı maşası terror təşkilatı YPG/PKK-nın üsyan qarşısında aciz qalmasından sonra dövrəyə girən Pentaqon, vertolyotlarla Ketfi mühasirəyə alıb. Yerli qaynaqlar vertolyotların nümayişçilərə atəş açdığını, eyni anda YPG-li terrorçuların də səmti basaraq insanları çarpaz atəşə tutduqlarını bildirib. Çarpaz atəş arasında qalan mülki əhalidən 6-nin həyatını itirdiyi qeyd edilib. Amerikanın “Vaşinqton Post” qəzeti srağagün etdiyi bir analizdə, etirazların ABŞ-ın regiondakı maraqlarını təhdid etdiyini bildirmişdi.
Müxalifət.az