YPG/PKK-nın Menbiçdən çəkilməsi TÜRKİYƏNİN PROBLEMİNİ HƏLL EDƏCƏKMİ?

Baxış sayı:
2833

ABŞ-ın dövlət katibi Reks Tillersonun Türkiyə səfərində münasibətlərin tənzinlənməsi və YPG/PKK-nın Menbiçdən Fərat çayının şərqinə doğru çəkilməsi yönündə bir anlaşma əldə edildiyi bildirilir. Və bu mövzu Türkiyənin gündəmini məşğul edən əsas müzakirə obyektinə çevrilib. Hər kəsi düşündürən əsas sual da budan ibarətdir ki, ABŞ-ın dəstəklədiyi YPG/PKK terrorçularının Menbiçdən çəkilməsi Türkiyənin təhlükəsizlik problemini həll edə biləcəkmi”
 
Bir amlıq düşünək ki, Menbiçdəki YPG/PKK-lılar Fəratın şərqinə keçdi. Bu halda “Türkiyə hədəflərinə çatdı və ya təhlükə sovuşdu” deyilə bilərmi? Əlbəttə ki, yox, çünki əsl problem məhz Fəratın şərqidir.
Fəratın şərqindəki İraq sərhədinə qədər təxminən 600 kilometrlik sahə Raqqa, Deyrizora qədər YPG/PKK terrorçularının işğalı altındadır. Başqa sözlə, Suriya torpaqlarının 30 faizi, enerji ehtiyatlarının da 70 faizi terrorçuların nəzarətindədir. Bundan başqa, terrorçulara qol qanad gərən ABŞ-ın bu ərazilərdə 13 dənə hərbi bazası var. Və ABŞ-ın təlim verib, silahlandırdığı 60 min nəfərlik terror ordusu da o bölgədədir.
Ayrıca bu işdə bir də ABŞ-ın strategiyasını düşünmək lazımdır. ABŞ-ın ən böyük strategiyası budur ki, əvvəlcə hədəfi qoyur, arada bir geri çəkilir, bəzən daha irəliyə gedən addımlar atır. Bəzən müvəqqəti də olsa, dayanır, amma o hədəf heç bir zaman ləğv edilmir. ABŞ Fəratın şərq hissəsini ələ keçirmişdir, qoyduğu sərmayələr və silah yığınağı olan bazalarla oranı tərk etməyəcəyi də gün kimi aydındır. Bir də Federasiya, yaxud muxtar dövlət yaratdığı təqdirdə bunu Şimali İraqdan ayrı düşünə bilməzsiniz. Ona görə də Türkiyənin gözünün davamlı olaraq Fəratın şərqi və İraqın şimalında olması lazımdır. Nəticədə,Türkiyə ABŞ-ın dəstəklədiyi YPG ilə Fəratın şərqində döyüşməli olacaq.
Bütün bunların mümkün ola biləcəyi mart ayında test ediləcək. Amma indidən bəlli olan bir şey var ki, o da Türkiyənin terror bəlasını kökündən kəsməyə qərarlı olduğu və bu yoldan heç vaxt dönməyəcəyidir.
Müxalifət.az