YPG/PKK-dam Qərb ölkələrinə yalvarma turları

Baxış sayı:
7393

 PKK/YPG örtük olaraq istifadə etdiyi SDG-nin sözdə həmsədri İlham Əhməd başçılıq etdiyi bir qrupla birlikdə Vaşinqton, Paris və Londona Suriyada terrora dəstəyin davam etməsi üçün inandırma turlarına çıxıb.
 
Suriyada küncə sıxışan PKK/YPG-ni təmsil edən bir qrup Washington-Paris-London xəttində terrora hamilik edəcək havadarlarını axtarır. Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramptan "ayaq üstü vədlər alan İlham Əhməd, Fransadan Suriyanın şimalında uçuşa qadağan bölgəsi elan edilməsi üçün yardım istəmişdi. ABŞ rəsmilərinin PKK/YPG-yə Əsəd rejimi ilə razılaşmalarını tövsiyə etdiyini deyən Əhməd, “Defense Post”-a verdiyi açıqlamada, Fransız rəsmilərdən "Vaşinqtona məsləhətləşmədən addım ata bilmərik" cavabını alıb.
“The Guardian”-da yer alan xəbərə görə, İlham Əhməd Vaşinqton, Paris və Londonda keçirilən toplantılarda, "Bizə xəyanət etməyin" deyərək Qərb ölkələrini terrora dəstəklərini çəkməmələri üçün inandırmağa çalışıb.
Müxalifət.az