"YPG və Əsəd rejimi arasında ittifaq mümkün deyil": Terrorçubaşı açıqladı

Baxış sayı:
16933

Terror təşkilatı PYD-nin keçmiş lideri Saleh Müslim YPG ilə Əsəd arasında razılaşma olmadığını bildirib.
 
Müslim YPG-Əsəd rejimi ittifaqı ilə bağlı şayiələrin doğru olmadığını deyib.
Müslim bütün Suriya üçün siyasi bir həll yolu tapılmadan Əsəd rejimi ilə YPG arasındakı ittifaqın mümkün olmayacağını söyləyib.
Müslim YPG-nin bütün Suriyanın müdafiə sisteminin bir parçası ola biləcəyini, ancaq bu an belə bir vəziyyətin həyata keçməsindən çox uzaq olduğunu deyib.
 
"İttifaq mümkün deyil"
 
Saleh Müslim"Belə şəraitdə rejim qüvvələri ilə belə bir ittifaq əlbəttə mümkün deyil" deyə bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın keçən ilin sonunda Suriyadan çəkiləcəyini açıqlamasından sonra YPG ilə Əsəd rejimi arasındakı danışıqlar intensivləşmişdi.
Müxalifət.az