YPG terrorçularına NATO TIR-ları ilə silah yardımı!

Baxış sayı:
8008

 Terror təşkilatı YPG-yə minlərlə TIR dolu silah və hərbi texnika göndərən ABŞ, indi də yardımlarına NATO vasitəsilə davam edir. ABŞ NATO vasitəsilə terrorçulara 100 TIR silah göndərib.
 
Suriyada təhlükəsiz zona planına NATO-nu daxil etmək istəyən ABŞ, yeni həmlələr etməyə başlayıb.
 
NATO Fəratın şərqində
 
 NATO ilk dəfə Fəratın şərqindəki terror təşkilatı YPG/PKK-nın işğalı altında olan bölgələrə daxil olub. Suriya İnsan Haqları Təşkilatı İraqın şimalından gələn, maddi-texniki və hərbi ləvazimat daşıyan təxminən 100 TIR-ın YPG/PKK-lı terrorçuların nəzarəti altında olan bölgələrə doğru irəlilədiyini bəyan edib.
 
Zirehli maşınlar var
 
 100 TIR-lıq konvoyun təxminən 60-ı zirehli maşın, Hummer, hərbi təhcizat daşıyarkən, yanacaq dolu 10 tanker də konvoyu müşayiət edib. NATO əsgərlərinin də qarşıdakı dövrdə regiona göndərilməsi gözlənilir. Ancaq terrorçularla iş birliyinin qarşısında olan Türkiyənin davranışı işləri dəyişə bilər.
Müxalifət.az