YPG terrorçuları Türk ordusuna qarşı Əsəddən kömək istədi

Baxış sayı:
5404

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə əməliyyat mesajı verməsindən sonra YPG Bəşər Əsəd rejimindən yardım tələb edib.
 
Suriyanın şimali, Fəratın şərqində terror əməli görmək istəməyən Türkiyə, Münbiç əməliyyatını masada tutur. Bu baxımdan dünən prezident Ərdoğanın əməliyyat siqnallarını verməsindən sonra PKK yenidən qorxuya düşüb.
 
 Terror təşkilatı YPG Əsəddən dəstək istədi
 
YPG/PKK-nın təşkilata yaxın internet saytlarında yer alan açıqlamasında Suriya rejiminə Türkiyənin bölgədə əməliyyat aparmasına qarşı mövqeyini müəyyən etməsi çağırışı edilib. Yəni Əsəddən dəstək tələb edib.
 
ƏSƏDDƏN DƏSTƏK İSTƏYİRLƏR
 
Terror təşkilatı YPG/PKK Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrindəki “Zeytun Budağı” Hərəkatına qarşı da Əsəd rejimilə əməkdaşlığa getmişdi.
Təşkilat TSQ və ASO-nun Afrin rayon mərkəzinə yaxınlaşmasından sonra Əsəd rejimindən dəstək istəmişdi. İndi eyni vəziyyət Münbiç məsələsində baş verir. TSQ-nin Münbiç əməliyyatı hazırlıqlarını artırmasından sonra YPG/PKK Əsəddən dəstək tələb edib.
 
YPG KÜLƏYİ: BİZ HAZIRIQ
 
Münbiç əməliyyatı üçün ciddi addımların atıldığı günlərdə sərhədə Afrin qəhrəmanları zirehli birliklərin sövq edilməsi əməliyyat iddialarını möhkəmləndirdi. Bu vəziyyət qarşısında da təşviş keçirən PKK təbliğat işlərinə başlayıb.
YPG sözçüsü Nuri Mahmud Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə əməliyyat açıqlaması ilə bağlı, "Hücum olsa, cavab verəcəyik" deyib. Nuri Mahmud, "Qüvvələrimiz qanuni müdafiə çərçivəsində təşkilatlanmışdır. Rojava da ehtimal olunan təcavüzə qarşı müqavimət göstərəcəkdir" vurğusunu edib.
Müxalifət.az