YPG terrorçuları 800-ə qədər İŞİD döyüşçüsünü azadlığa buraxdı

Baxış sayı:
13639

Türkiyə İŞİD terrorçularını bu ilin sonuna kimi öz ölkələrinə qaytarmağı planlaşdırır. Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla bildirir. Türkiyə DİN naziri Süleyman Soylu Ankaranın bu həftə 7 nəfər İŞİD üzvünü Niderland və İrlandiyaya göndərəcəyini deyib. O, həmçinin qeyd edib ki, Suriyanın şimalında Türkiyənin apardığı əməliyyat zamanı 278 nəfər İŞİD döyüşçüsü həbs olunub. Süleyman Soyulu Avropa ölkələrinin İŞİD döyüşçüsü olan vətəndaşlarının geri qaytarılmasına soyuq yanaşdığını bildirərək, bu dövlətlərin öz insanlarını vətəndaşlıqdan məhrum etmək haqqı olmadığını deyib. Ankara YPG terror təşkilatının yaraqlılarının bəzi həbsxanalardan 800-ə qədər İŞİD üzvünü sərbəst buraxdığını bildirib. Muxalifet.az