YPG terror təşkilatı Türkiyənin əməliyyatından qorxur

Baxış sayı:
17425

Afrində ABŞ tərəfindən hazırlanan YPG/PKK terrorçuları Türkiyənin başlayacağı növbəti hərbi əməliyyatda da nə baş verəcəyini bilirlər.
 
Fəratın şərqindəki PYD / YPG / PKK terror təşkilatı ABŞ-ın dəstəyi ilə dayanır. Ancaq terrorçular Türkiyənin bölgəyə edəcəyi bir əməliyyatdan sonra “yox” olma qorxusunu yaşayır.
Afrində baş verənləri unutmayan YPG terrorçuları yeganə xilas yolunu ABŞ-ın qucağında oturmaqda görür.
ABŞ çətirinə baxmayaraq bu gün YPG terrorçuları Afrindəki ssenarilərin Fəratın şərqində də təkrarlanacağı qorxusu ilə yaşayır və bu sualı fasiləsiz ABŞ hərbçilərindən soruşurlar. Belə bir qorxunun olub olmadığı terrorçuların sözçüsü Aişa Hassouya da sorulub.
 
"58 GÜN DİRƏNDİK"
 
Terrorçuların sözçüsü ABŞ-ın öyrətdiyi YPG'li terrorçuların Afrində Türkiyə tərəfindən öldürüldüyünü xatırladıb. Türkiyənin NATO-nun ən böyük ikinci ordusu olduğunu söyləyən terror sözçüsü, yenə də 58 gün Türkiyəyə dirəndiklərini ifadə edərək bunun bir müvəffəqiyyət olduğunu iddia edib.
YPG terror təşkilatı indi də ABŞ-ın Suriyada 400 əsgər saxlayacağı nağılına güvənir.
Müxalifət.az