​YPG-nin əxlaqı: Qurana bomba bağlayıb... – FOTO

Baxış sayı:
2365

YPG/PKK terrorçularının növbəti dəfə Qurandan öz əməlləri üçün istifadə etdikləri üzə çıxıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Şeyx Obası kəndindəki bir evdə türk minaaxtaranları əldəqayırma partlayıcı maddənin divardan asılan Qurana bağlandığını aşkar ediblər.
Türk sapyorlar bombanı zərərsizləşdiriblər.
Qeyd edək ki, daha əvvəl də YPG Qurandan terakt zamanı istifadə etmişdi. Belə ki, yerə atılmış Quranı götürən türk əsgəri onun altında quraşdırılan bombanın işə düşməsi nəticəsində şəhid olmuşdu.