YPG-nin məğlubiyyəti Qəndili ÇILĞINA DÖNDƏRİB

Baxış sayı:
3583

“Zeytun Budağı” Hərəkatında öldürülən YPG-li terrorçu sayı 2 mini aşarkən, Türk əsgəri qarşısında məğlubiyyətə uğrayan YPG-nin vəziyyəti Qəndildəki PKK başçısı Murad Qarayılanı çılğına döndərib.
 
Qarayılan, bir-birilərini uğursuzluqa günahlandırıb, toqquşan PKK və YPG-li terrorçuların öz aralarında Afrin ilə bağlı münaqişəni və telsiz danışıqlarını qadağan edib. Türk xüsusi xidmət orqanları, PKK-lı terrorçu qrupların öz aralarında apardığı simsiz danışmalarını həll edib. Simsiz danışmalarına görə, Afrinin Cinderesi bölgəsinə PKK-nın Qəndildən göndərdiyi terrorçular ilə təşkilatın Suriyadakı davamı YPG-lilər məğlubiyyətə görə bir-birini günahlandırıb və qarşılıqlı ittihamlar səsləndirilib.
 
SİLAHLAR DA ÇƏKİLİB
 
Qəndildən gələn qrupun başındakı Azad Dərsim kod adlı terrorçu ilə YPG-li qrupun başındakı Camal Rega kod adlı terrorçu arasındakı mübahisədə silahlar çəkilib və qarşıdurma baş verib. Bu vəziyyətdən sonra Qəndil və Türkiyədən gələn terrorçu qrupların, Qəndildəki baş simsiz olan Roj-a müraciət edərək "Rojhat (Murad Qarayılanın telsiz kodu) eşitmirmi, baş verənləri. Gizləndikləri yerdən çıxmağa qorxurlar. Danışmağa damı qorxmağa başladılar" deyərək fit səsləri ilə etiraz etdikləri müəyyənləşdirilib. Afrində məğlubiyyətə uğrayan YPG-nin vəziyyəti və terrorçular arasında baş verən qarşıdurma Qəndildə yaşayan PKK başçısını qorxuya salıb. Qarayılan, terrorçuların Afrin ilə bağlı danışmalarını qadağan edib. Xüsusi xidmət orqanlarının ötən çərşənbə axşamı saat 06.17-də qeyd edib, həll etdiyi simsiz görüşündə, Murad Qarayılan adına bir açıqlama verilərək, "Afrində Rojovalılarla (YPG) bağlı həm öz aranızda, həm də Roj-a müraciət edilərək bir şey verilməsi qadağan olunmuşdur. Çıxış edərək əhval pozacaq davranış içində olanlar cəzalandırılacaq" deyildiyi ortaya çıxıb. Qarayılan, Qəndil ilə Suriyadakı YPG-lilər arasında danışıqların getdiyi kanalı da bağlayıb.
Müxalifət.az