​YPG-nin “elit dəstələri” bir zərbəyə bazanı qoyub qaçdı

Baxış sayı:
4387

Azad Suriya Ordusu (ASO) türk ordusunun dəstəyi ilə qısa müddət ərzində Afrində yerləşən YPG qruplaşmasının xüsusi döyüşçülərinin təlim keçdiyi bazanı ələ keçirib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, hələ Suriya konflikti başlamadan öncə sözügedən bazada YPG xüsusi təyinatlıları – YPG-nin “elit dəstələri” təlim keçiblər.
Məlumata görə, Afrindən cəmi 2 km məsafədə yerləşən sözügedən hərbi baza qısamüddətli döyüşlərdən sonra nəzarətə götürülüb. Sözügedən ərazidə yeraltı tunellər və xeyli silah-sursat aşkarlanıb.