YPG Menbiçdən çıxır – ABŞ rəsmisindən İKİBAŞLI BƏYANAT

Baxış sayı:
4999

ABŞ Dövlət Departamentinin mətbuat katibi Hiter Naert Menbiçlə bağlı açıqlama verib.

Muxalifət.az xarici KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-ın YPG terror təşkilatının Suriyanın Menbiç bölgəsindən çıxarılmasına razı olduğunu bildirib.

Naert bununla bağlı Türkiyə və ABŞ arasında anlaşmanın əldə edildiyini də açıqlayıb:

“YPG-nin Menbiçdən çıxmasına razıyıq, amma onun hazırda harada olduğunu deyə bilmərəm”.

Lakin amerikalı rəsmi YPG-nin hansı tarixdə Menbiçdən çıxarılacağı ilə bağlı suala cavab verməyib.