YPG-lilər AFRİNƏ SÖVQ EDİLİR – “REUTERS”

Baxış sayı:
6319

“Reuters” xəbər agentliyi PYD-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDG) bağlı 1700-ə qədər terrorçunun digər cəbhələrdən Afrinə sövq edildiyini bildirib.
 
Xəbərə görə, ABŞ-ın meydançadakı müttəfiqi terror təşkilatı PYD-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDG) bağlı 1700 qədər terrorçu digər cəbhələrdən Afrinə sövq edilib.
Agentlik xəbərin mənbəyi olaraq SDG-nin sözçüsünü göstərib.
 
DEYRİZORDA TOPLAŞIRLAR
 
Afrinə sövq ediləcək təşkilat mənsublarının Deyrizordan bölgəyə göndəriləcəkləri ifadə edilib.
 
AMERİKALI SÖZÇÜ AÇIQLAMIŞDI
 
Pentaqon sözçülərindən mayor Adrian Rankine-Galloway, ABŞ ordusunun Suriya Demokratik Qüvvələri (SDG) nəzdindəki bəzi döyüşçülərin IŞİD-ə qarşı açılan cəbhələrdən ayrıldığına şahidi olduğunu açıqlayıb. Galloway, "SDG tərkibində döyüşən bəzi döyüşçülər, yəqin ki, Afrindəki müharibədə iştirak etmək üçün Orta Fərat Vadisində aparılan əməliyyatlardan çəkilməyə qərar verib" deyib.
Müxalifət.az