YPG-li terrorçular ASO avtomobilini ABŞ raketi ilə vurdu

Baxış sayı:
7081

Terror təşkilatı YPG/PKK Suriyada işğal etdiyi Tel Rifat zonasından ABŞ istehsalı anti-tank TOW raketi ilə Azad Suriya Ordusunun (ASO) nəzarətindəki bölgəyə hücum həyata keçirib. Müxaliflərin avtomobilinə atılan raket nəticəsində ASO-nun iki əsgəri ölüb.
 
 Hələb vilayətinin şimalındakı Tel Rifat bölgəsini işğal edən YPG/PKK-lı terrorçular səhərin erkən saatlarında Azez rayonuna bağlı Kelcibrin kəndindəki cəbhə xəttində patrul həyata keçirən ASO avtomobilini ABŞ istehsalı anti-tank TOW raketi ilə vurublar.
Hücumda avtomobil yararsız hala gələrkən, iki ASO əsgəri də həlak olub.
Qeyd edək ki, YPG/PKK dünən də eyni bölgədə müxalifətçilərin maşınını hədəf almışdı. Ancaq hücumda ölən və ya yaralanan olmamışdı.
Müxalifət.az