YPG-li terrorçu komandirin etirafı: ABŞ İLƏ ANLAŞDIQ

Baxış sayı:
3736

YPG-li terrorçuların komandiri Əbu Adil, ABŞ ilə necə anlaşdıqlarını Rus mətbuatına danışıb. Adil, Türkiyənin Afrin əməliyyatından narahat olduqlarının və dərhal ABŞ ilə görüşdüklərini deyib.
 
Afrini “Zeytun Budağı” Hərəkatı ilə terrorçulardan təmizləyən Türkiyənin yeni hədəfinin Menbiç olduğu prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qeyd olunur. Menbiçdə ABŞ himayəsinə sığınan YPG, aldığı güclə Türkiyəyə meydan oxumağa davam edir. YPG- li terrorçu komandir Əbu Adil, ABŞ ilə necə anlaşdıqlarını Rus mətbuatına söyləyib.
 
NARAHAT OLDUQ, ABŞ İLƏ GÖRÜŞDÜK
 
Adıl, “Türkiyənin Menbiçə qarşı təhdidlərindən sonra ABŞ regionda hərbi varlığını artırmaq qərarı aldı. Türkiyə Afrinə hücum etdikdən sonra biz Menbiç Hərbi Məclisi olaraq Türkiyənin Menbiçə qarşı sözlərindən dolayı narahat olduq və dərhal ABŞ əsgərləri ilə görüşdük”.
 
ABŞ XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏRİNİ GÖNDƏRİB
 
Terrorçu komandir Adil, kimlərlə görüşdüklərini və ABŞ-ın necə yardım ettiğini də danışıb. Adil “ABŞ-ın ən yüksək səviyyəli komandiri ilə görüş keçirdik. Görüşdən sonra ABŞ bölgəyə xüsusi qüvvələrini göndərib. ABŞ-ın Menbiçdə daha əvvəl də bir hərbi bazası vardı. Menbiç, IŞİD-dən alındıqdan sonra ABŞ bir hərbi baza yaratmışdı. Türkiyənin təhdidlərindən sonra ABŞ, daha əvvəl qurduğu bazasını genişləndirdi. Həmçinin cəbhə xəttində yeni bir hərbi baza qurdu. Bu yeni qurulan bazaya ABŞ-ın xüsusi qüvvələri yerləşdirilib" deyib.
ABŞ əsgərlərinin Menbiçdə hərbi varlığını artırması ilə Menbiç xalqında inam və ruhun yaranmasına işarə edən Adil, regionda ABŞ-ın hərbi fəallığının davam etdiyini deyib.
Müxalifət.az