YPG-dən “rəqqas” diplomatiyası: Yenə Əsədlə masaya oturdular

Baxış sayı:
21868

Trampın Türkiyəni hədəf alan tweet-indən sonra "Əsədlə görüşümüz sona çatdı" deyən YPG nümayəndələri, 3 gün keçmədən rejimlə yenidən müzakirə masasına oturub. Terrorçuların təmsilçisi Rəşad Bienaf tərəfindən vasitəçilik etməsini istədiyi Rusiya müsbət cavab verib. Rusiyanın XİN rəhbəri Lavrov, "YPG ilə rejim arasındakı danışıqları dəstəkləyirik" deyib.
 
ABŞ bazaları rejimə buraxılmalıdır
 
ABŞ kimi tterrorçuları öz adı ilə adlandırmaq əvəzinə, Suriyalı kürdlər sözünün istifadə edən Rusiya xarici işlər naziri Lavrov, Moskva rəhbərliyinin PKK / YPG ilə Suriya hökuməti arasındakı təmaslarını dəstəklədiyini söyləyib. Moskvada keçirilən mətbuat konfransında Lavrov, "Suriyada ABŞ-a aid olan silahlar, bölgələr və hərbi obyektlər ABŞ-lı əsgərlərinin çəkilməsindən sonra Suriya hökumətinin, ordusunun və Suriyadakı inzibati strukturların nəzarəti altına girməlidir. Bununla belə, kürdlərin (YPG) ənənəvi olaraq mövcud olduqları yerlərdə bütün zəruri şəraitlərin təmin olunmasına dair anlayışa əsaslanmalıdır.
 
Xarici müdaxilə olmadan həll edilməlidir
 
Bu məzmunda Lavrov, YPG ilə Suriya hökuməti arasında vahid ölkə daxilində xarici müdaxilə olmadan yenidən həyat təsis etmə mövzusunda razılaşma təmin etmək məqsədi ilə bu anda həyata keçirilən təmasları məmnuniyyətlə qarşıladıqlarını və dəstəklədiklərini vurğulayıb. Lavrov, “YPG ilə bağlı problemlər Suriya milli qanunvericiliyinə uyğun həll edilməlidir. Ancaq ölkənin sərhədlərinə yenidən baxılmasına icazə verilməməlidir” deyib.
Müxalifət.az