YPG-dən Mattisin “PKK ilə YPG-ni dalaşdıraq” TƏKLİFİNƏ AÇIQLAMA

Baxış sayı:
3058

Terror təşkilatı YPG-nin Afrindəki başçılarından biri olan Rojhat Roj, Pentaqon rəhbəri Mattisin “PKK ilə YPG-ni dalaşdıraq” təklifi ilə bağlı təşkilatın yaxın bir zamanda açıqlama verəcəyini bildirib.
 
Türkiyənin müdafiə naziri Nurəddin Canik, Brüsseldə ABŞ-ın müdafiə naziri Ceyms Mattis ilə dünən görüşmüşdü. Görüşdə Mattisin dilə gətirdiyi "YPG-ni ayırıb, PKK-ya qarşı dalaşdıra bilərik" təklifi ilə bağlı danışmaqdan çəkinən terror təşkilatı YPG-nin Afrindəki başçılarından olan Rojhat Roj, ABŞ müdafiə nazirinin açıqlamaları ilə bağlı YPG Komandanlığının yaxında yazılı bir açıqlama verəcəyini deyib.
Müxalifət.az