​Yoxsa bizə rahatlıq olmayacaq… - Millət vəkili

Baxış sayı:
3466

Millət vəkili Qənirə Paşayeva İzmitdə Türkiyə Azərbaycan Dərnəklərinin Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə türk diaspor təşkilatlarına çağırış edib. Muxalifet.az xəbər verir ki, tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili qondarma erməni soyqırımını tanıyan bir sıra ölkələrin ədalətsiz qərarlarından danışıb. Həmin ölkələri kəskin tənqid edən millət vəkili sözügedən dövlətlərin bundan öz maraqları üçün istifadə etdiklərini deyib. Millət vəkili türk dünyasına səslənərək, yalanlara qarşı doğruları daha çox təbliğ etməyə çağırıb: “Diaspor təşkilatlarımız birlik və bərabərlik içində qondarma erməni soyqırımı yalanlarına qarşı artıq çox ciddi mübarizə aparmalıdırlar. Yalana qarşı ən ciddi mübarizə həqiqətləri anlatmaqdır və türk kökənli insanlar Xocalı soyqırımı həqiqətlərini daha geniş yaymalıdırlar. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Əks təqdirdə bizə rahatlıq yoxdur”.