​“YouTube” yeni qadağa tətbiq etdi

Baxış sayı:
1609

“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib. Bu barədə servisin bloqunda məlumat yerləşdirilib. “YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb. “Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, - deyə şirkətdə bildirilib.