“YouTube” şirkətində intihar edən iranlı qız haqda yeni məlumatlar

Baxış sayı:
4543

Nəsim Ağdam yaydığı videoların paylaşımlarına qarşı diskriminasiya və filtrasiya siyasətinə narazılığını qan tökməklə bildirib
 
Şimali Kaliforniyada “YouTube”un baş qərargahına hücum edən qadın 3 nəfərə atəş açaraq onları yaraladıqdan sonra intihar edib. “Yeni Müsavat” BBC-yə istinadən xəbər verir ki, ABŞ mətbuatı şübhəlinin Nəsim Ağdam olduğunu və insidentin ailədaxili münaqişə zəminində baş verdiyini yazır.
 
Hadisənin  təfərrüatları...
 
“YouTube”un ABŞ-ın Kaliforniya ştatının San Bruno şəhərində yerləşən ofisində atəş açaraq 3 nəfəri yaralayan və daha sonra intihar edən iranlı Nəsim Nəcəfi Ağdam haqqında bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın xəbərinə görə, San Dieqo şəhərinin sakini, 39 yaşlı Nəsim Nəcəfi Ağdam özünü “fars azərbaycanlısı”, “fars-Azərbaycan mədəniyyət vegeterianı” kimi epitetlərlə tanıdıb. O, heyvan hüquqlarının aktiv müdafiəçilərindən olub, bununla bağlı keçirilən müxtəlif aksiyalara qatılıb. Bodibildinqlə də məşğul olan qadın özünün “YouTube” kanalında sağlam və humanist həyat tərzini təbliğ edib. Kanalın 5 minə yaxın abunəçisi olub. 2009-cu ildə “Los Angeles Times” qəzeti Nəsim Nəcəfi Ağdamdan müsahibə götürüb. Qadın müsahibəsində ordu təlimlərində donuzlardan istifadə olunmasını tənqid edib.
 
N. Ağdam son vaxtlar “YouTube” videoxidmətinin siyasətindən narazı qalıb. O, videolarının senzuraya məruz qaldığını, filtrasiya olunduğunu deyib və bunun nəticəsində daha az gəlir əldə etməsindən şikayətlənərək dünyada əsl söz azadlığının mövcud olmadığını vurğulayıb. “Siz həqiqəti söylədiyiniz üçün təzyiqə məruz qalacaqsınız, çünki həqiqət sistem tərəfindən dəstəklənmir”, - deyə qadın söyləyib. N. N. Ağdam “YouTube”un məxsus olduğu “Google” şirkətini “korrupsiyalaşmış sistem” adlandırıb.
Hadisədən əvvəl, gecə vaxtı polis əməkdaşları küçədə dayanmış avtomobildə yatan qadın aşkarlayıblar. Bu, Nəsim Ağdamın ailəsinin onun itkin düşdüyü barədə polisə müraciətindən bir neçə gün sonra baş verib. Onun atası Nəsim İsmayıl Ağdam polisi xəbərdar edib ki, qızı “YouTube” ofisinə gedə bilər, çünki bu şirkətə nifrət edir. Polis Nəsim Ağdamla bu barədə söhbət aparıb, lakin onu saxlamağa ehtiyac görməyib. Ailəsinə xəbər verilib ki, hər şey qaydasındadır. Bir neçə saat sonra isə Nəsim Ağdam “YouTube” ofisində məlum insidenti törədərək 3 nəfəri odlu silahdan açdığı atəşlə yaralayıb, sonra isə özünü vurub. Yaralılardan ikisi - 36 yaşlı kişi və 32 yaşlı qadın ağır vəziyyətdədir, 27 yaşlı qadının durumu isə orta ağırdır.
 
Tramp bu hadisədən nələr yazıb?
 
“Yeni Müsavat” Türkiyə mediasına istinadən xəbər verir ki,  “YouTube”un sahibi şirkətlərinin səlahiyyətli qurumlarla koordinasiya halında olduğunu və yaşanan hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edib. San Fransisko xəstəxanasından verilən məlumata görə, yaralılardan 36 yaşındakı bir kişinin vəziyyəti olduqca kritikdir. Açıqlamada həmçinin 32 yaşındakı bir qadının da durumunun öz ciddiliyini saxladığı qeyd edilir. 27 yaşındakı bir qadının isə vəziyyəti yaxşıdır.
Amerika mətbuatında qeyd olunur ki, müalicə altına alınan 4 nəfərdən biri hadisə yerindən qaçarkən yıxılaraq, ayağından yaralanıb. Rəsmi məlumatlarda Ağdamın hücum zamanı 9 millimetrlik bir tapançadan istifadə etdiyi, hadisənin terror qaynaqlı olmadığı da öz əksini tapıb.
Amerika prezidenti Donald Tramp isə twitter hesabı vasitəsilə bildirib ki, hadisə haqqında məlumatlandrılıb. “Düşüncələrimiz və dualarımız hadisədə yer alan insanlarla” şərhini yazan prezident eyni zamanda hadisə yerindəki polis məmurları və təcili yardım işçilərinə də təşəkkür edib.
 “Google” şirkətinin rəhbərlərindən biri Sundar Pichai hadisəni “qorxunc bir şiddət aksiyası” adlandırıb,  yaralıların və ailələrinin dəstəklənməsi üçün hər şeyin edildiyini vurğulayıb. Pichai mesajında bildirib ki, “Hazırda bir çoxunuzun şokda olduğunuzu bilirəm. Qarşıdakı günlərdə ”Google" ailəsində hər kəsə bu ağlasığmaz faciədən toparlanması üçün dəstək verməyə davam edəcəyik. İndi hər kəs bir araya gələrək, Susan (YouTube CEO’su Susan Vojcicki) və “YouTube”  komandasına dəstək verməlidir" dedi.
Ümumilikdə San Brunodakı mərkəzdə 4 binası olan “YouTube”un burada təxminən 2 min işçisi yer alır.  Amma dünyanın diqqət mərkəzindəki bu şirkətlə bağlı bəzi ilginc məlumatları nəzərə çatdıraq.
 
“Youtube” haqqında bilmədiyimiz ilginc təfərrüatlar
 
“YouTube” şirkətinin  üç təsisçisi də (Steve Chen, Chad Hurley, Jawed Karim) öz layihələrinə başlayarkən Paypalda işləyirdilər. “YouTube” domeni 15 fevral 2005-ci ildə işlənib hazırlanıb. “YouTube”da qeydiyyatdan keçmiş istifadəçilərin 70%-i ABŞ-dandır. Yaşı 20-dən aşağı olan istifadəçilər bütün istifadəçilərin 50%-ni təşkil edir. Əgər “YouTube” Hollivud kino şirkəti olsa idi, onda onun hər həftə 60000 yeni film buraxmaq üçün kifayət qədər materialı olardı. Təkcə son 2 ay ərzində “YouTube” yüklənmiş videoları hazırlamaq üçün NBC, ABC, CBS teleşirkətləri 1948-ci ildən etibarən istirahət günləri olmadan gecə-gündüz işləməli idi. “YouTube”un bütün videolarına baxmaq üçün 1000 ildən çox vaxt lazımdır (lakin o vaxta qədər “YouTube”a yüklənmiş videoların sayı milyard qədər artacaq). Video yüklənilməsi üçün ən məşhur kateqoriya “Musiqi” bölməsidir, bu kateqoriyada “YouTube”dəki bütün videoların 20%-i yerləşir.  “YouTube”də ən çox video ABŞ-dan yüklənir, onun arxasınca Böyük Britaniya gəlir. Eləcə də ABŞ istifadəçiləri ən çox video izləyənlərdir, baxışların sayına görə ikinci yerdə isə Yaponiya gəlir.
 “YouTube”yə  yerləşdirilmiş ilk video onun təsisçilərindən biri olan Caved Kərim tərəfindən 23 aprel 2005-ci ildə yüklənilmiş “Mən zooparkdayam” videosudur. “YouTube” də  videolara gündəlik baxış sayı 2 milyarddan çoxdur. “Google” “YouTube” şirkətini  2006-cı ildə 1,65 mlrd dollara satın alıb. 13 mart 2007-ci ildə «Viacom» şirkəti “YouTube” servisini müəllif hüquqlarının kütləvi şəkildə pozulmasında ittiham edərək Googleni məhkəməyə verib. O, Google-dan servis istifadəçilərinin şəxsi məlumatlarını verməyi tələb edirdi. Nyu-York ştatının Cənub mahalının Federal məhkəməsi iddiaçının tələbini təmin edib, bu da ABŞ federal qanununa zidd idi. Videoları “YouTube”da məşhur olan bir çox istifadəçilər nəticədə internetdən kənarda da ulduz ola biliblər. Məsələn, anası tərəfindən “YouTube”a  yerləşdirilən videolar sayəsində Kanadadan olan super-ulduz Castin Biber məşhur səsyazma studiyası ilə uzunmüddətli müqavilə bağlaya bilib.
YouTube.com ünvanı 2005-ci ilin 14 fevralında yaradılıb. Amma internet ünvanı eyni şəkildə səslənən bir boru firması olan Utube’un onun başına bəla olması uzun müddət çəkmədi. Çünki “YouTube” girmək istəyən insanlar utube.com-u və dolayısı ilə şirkəti məşğul etdi. Şirkət “YouTube”dan məhkəməyə şikayət etsə də, bu işdə uduzdu. Məhkəmədən sonra şirkət öz ünvanını başqa yerə daşıdığı halda, utube.com ünvanını da əlindən çıxardı. Hazırda Yutube bir video saytı olaraq fəaliyyətdədir.
İçində qurucu ortaqlarından olan Ceyved Karimin də yer aldığı mənasız və məqsədsiz bir video kanala yüklənən ilk video olub və bu günə qədər 30 milyona yaxın insan tərəfindən izlənib. Yüklənmə tarixi də 23 aprel 2005-ci ildir.
Mobil internet inqilabı və uyğun vasitələrlə birlikdə artıq “YouTube” öz hərəkət qrafikinin yarısını mobil telefondan təmin edir. Maraqlı cəhət isə odur ki, bu hərəkətin boyük bir qismi “YouTube”də  video izləmək üçün yox, musiqi dinləmək üçün istifadə edir. “YouTube” şirkətinin  2015-ci il  sonu rəqəmlərinə görə, dəqiqədə tam 400 saat video “YouTube”yə yüklənir. Bu, “YouTube” şirkətinin  çox böyük bir saxlama bazası olduğu mənasına gəlir.
 “YouTube”a hər dəqiqə ümumilikdə 100 saat uzunluğunda video yüklənir. Dünyadakı ən qədim pişik videosu 1894-cü ilə aiddir və “YouTube”a yüklənib. “YouTube”də  ən çox baxılan video “Gangham Style”dır. “YouTube” ulduzu “Grumpy Cat”, 2014-cü ildə Oscar mükafatı qazanan Qvinet Patroudan daha çox pul qazanıb. “YouTube”də ən az bəyənilən video (ən çox dışlıke alan) Castin Biberin “Baby” mahnısıdır - 4,400,000 dislike alıb. “YouTube” şirkətinin Los-Ancelesdə “Production Space” bölümü var. Kanalınızın 10 mindən artıq üzvü olduğu zaman onu istifadə edə bilərsiniz. Bundan başqa, “YouTube”dakı ən populyar videonun 60 faizi Almaniyada blok edilib.