​"YORĞAN DAVASI": AMERİKA SURİYA NEFTİNİ İRANA VERMƏK İSTƏMİR

Baxış sayı:
4453

Muxalifət.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmaq istədiklərini bildirdikdən sonra ölkədə “Suriya nefti necə olacaq?” mövzusunda mübahisələr başlanıb.
Suriyada illərlə davam edən daxili müharibədə müxtəlif terror təşkilatları ilə əməkdaşlıq edən Amerika bölgədəki siyasətini nəzərdən keçirmək qərarı verib. 
Bu qərardan sonra ABŞ prezidenti Donald Tramp Suriyadan çıxmaq istədiyini açıq-aşkar idafə edib.
 
“Suriya nefti necə olacaq?”
 
Trampın bu açıqlaması terror təşkilatlarında böyük bir məyusluğa səbəb olduğu halda, Amerikada yeni bir çəkişmə mövzusu olub.
“Vaşinqton Post”da dərc edilən yazıda, Amerikanın neft bölgələrindəki hakimiyyəti əldən verməsindən sonra regionda İranın təsirinin artırılacağı bildirilib.
 
Suriyada da İraqdakı kimi davranmaq istəyirlər
 
Amerika mediası Trampın bu qərardan dərhal vaz keçməsini istəyib, İraqda olduğu kimi Suriyada da bütün neft bölgələrində qəti hakimiyyət sahibi ola biləcəyini yazmağa başlayıb. “Vaşinqton Post”da dərc edilən yazının davamında Amerikanın geriyə addım atması ilə təkcə İranın deyil, Rusiyanın da bölgədəki nüfuzunun böyüyəcəyi qeyd edilir./Hurriyyet.org