Yoluna inək çıxdı, motosikleti aşırdı - 2 yaralı

Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib
 
İmişlidə 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün gecə saatlarında rayonun Xubyarlı kəndində qeydə alınıb.
Həmin kəndin 26 yaşlı sakini Rəhman Qəşəm oğlu Şükürov idarə etdiyi motosikletlə hərəkətdə olarkən qarşısına inək çıxıb və nəticədə sürücü idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə zamanı motosikletin sürücüsü və yedəyində olan 21 yaşlı qohumu Xaqani Əjdər oğlu Şükürov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Rəhman Şükürovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.