​Yolu keçən piyada faciəli şəkildə öldü – Bakıda

Baxış sayı:
3583

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində qəsəbə sakini Elsevər Kərimli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Hakim Şiriyevi vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.