Yolda huşsuz vəziyyətdə tapılan şəxs xəstəxanada öldü

Baxış sayı:
11869

Ələt-Astara magistralında huşsuz vəziyyətdə 34 yaşlı kişi tapılıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları magistral yolda hərəkətdə olarkən yolun kənarında huşsuz vəziyyətdə qalan kişini görüblər. Dərhal həmin şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada həkimlərin səyinə baxmayaraq kişi dünyasını dəyişib. Məlum olub ki, kəllə-beyin travması ilə dünyasını dəyişən şəxs Astara rayon sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Taleh Atakişi oğludur.
Faktla bağlı araşdırma aparılır.