Yol qəzasında xəsarət alan şəxs öldü - GORANBOYDA

O, yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib
Goranboy rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Borsunlu qəsəbəsində "Mercedes" markalı avtomobil idarəetməni itirərək irəlidə gedən "Shacman" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan sərnişin, Yevlax rayonunun Tanrıqulular kənd sakini, 1974-cü il təvəllüdlü Hüseyn Əmrah oğlu Mehdiyev ağır kəllə-beyin travması alaraq Mingəçevir Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.