Yol qəzası zamanı avtomobillərdən biri yandı, YARALILAR VAR

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdən biri alışıb.
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobillə "Wolkswagen" markali avtomobil toqquşub. Zərbənin gücündən "Wolkswagen" alışıb. Qəza nəticəsində xəsarət alanlar var. Hadisə yerinə DYP və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.
Məlumata görə, yanan avtomobil yaxınlıqdakıların köməyi ilə söndürülüb. Baş vermiş hadisə ilə bağlı yolda tıxac yaranıb.
Faktla bağlı araşdırmalara başlanılıb.