​Yol polisləri faizlərdən məhrum edilə bilər - BÖHRAN

Yol polisi əməkdaşları cərimələrdən onlar üçün nəzərdə tutulan faizlərdən məhrum edilə bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, artıq bir neçə aydır, yol polisi əməkdaşları həmin faizləri ala bilmir. Iddia olunur ki, yol polislərinə faizlərin ləğv olunacağı bildirilib.
Səbəb isə maliyyə böhranıdır. Hökumət büdcəni doldurmaq üçün hətta yol polisləri üçün nəzərdə tutulan faizləri də qənimət bilir.
Məlumat redaksiyamıza gec daxil olduğundan Baş Dövlət Yol Polisi ilə əqalə sxalaya bilmədik.