​Yol polisindən İNSANLIQ DƏRSİ - Sürücünün həyatını belə xilas etdi - VİDEO

Baxış sayı:
4579

Dünən Qaradağ rayonu ərazisində yerləşən Yol Patrul Xidməti postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib. Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.
Daha sonra həkimlər bildiriblər ki, xəstəyə təcili qida lazımdır. Bundan sonra postun əməkdaşları onu YPX postuna dəvət edib, ona yemək və su verilib. (avtosfer.az)