Yol polisinə yeni verilmiş "Mercedes" bu hala düşdü - FOTO

Baxış sayı:
3403

Ötən gün rayonlardan birində DYP-nin Yol Patrul Xidmətinə məxsus avtomobil qəzaya uğrayıb.

Sosial şəbəkələrdə yol polisi əməkdaşlarına yeni verilmiş 99 YP 630 dövlət nömrə nişanlı “Mercedes C-300” markalı avtomobilin qəzaya düşməsini əks etdirən foto yayılıb. Qəzanın harada və hansı səbəbdən baş verməsi aydın olmasa da avtomobilə ciddi ziyan dəyib. Bildirilib ki, hadisə xidməti avtomobilin sürüşkən yolda manevr qaydalarına əməl etməməməsi səbəbindən baş verib.

Fotonu təqdim edirik: