Yol polisi rüşvəti götürmədi - SÜRÜCÜ HƏBS EDİLDİ

Fransada yol polisi rusiyalını həbs edib.
 
"RİA Novosti" xəbər verir ki, insident dünən gecə Nant şəhərində baş verib.
Həbsə səbəb yol hərəkəti qaydasını pozan rusiyalının Fransa yol polisinin iki əməkdaşına 40 avro rüşvət təklif etməsi olub. Həbs olunan rusiyalının adı açıqlanmır.