​Yol polisi əməkdaşı qəza törətdi, ÜÇ NƏFƏR ÖLDÜ

İyunun 26-da Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt şəhər Polis idarəsindən verilən məlumata görə, Ramin Tahirovun idarə etdiyi “Hyundai Azera” markalı avtomobil 3 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub. Nəticədə R. Tahirov və avtomobildə olan 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Sumqayıt şəhər Polis İdarəsindən qəzanı törədən R. Tahirovun yol polisi əməkdaşı olduğunu bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.