​Yol çəkilişi üçün qum aparan "KamAZ" aşdı

Baxış sayı:
5200

Biləsuvarda yük maşını aşıb.
Muxalifet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.
Məlumata görə, şirkətlərdən birinə məxsus olan və yol çəkilişi üçün qum aparan "KamAZ" markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.