Yəməndə gedən döyüşlərdə 17 ÜSYANÇI ÖLDÜRÜLDÜ

Döyüşlər zamanı onlarla husi yaralanıb
Yəmənin paytaxtı Sana şəhərinin şərqindəki Nehm rayonu ərazisində ölkənin hökumətyönlü qüvvələri ilə "Ənsərullah" hərəkatı (husilər) arasında döyüşlər nəticəsində 17 husi öldürülüb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Yəmənin ordu komandanlığının nümayəndəsi Abdulla Şendiki bildirib.
Onun sözlərinə görə, döyüşlər zamanı onlarla husi yaralanıb. Abdulla Şendiki həmçinin qeyd edib ki, hökumətyönlü qüvvələr həmin ərazidə mühüm uğurlara nail olublar. Üsyançıların üç zirehli maşını və beş avtomobili də məhv edilib.
Qanuni hökumətin tərəfdarlarına Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya fəal dəstək verir.
Yəməndə hərbi münaqişə 2014-cü ildən davam edir.