​Yəməndə 50 uşaqdan 30-u ÖLÜMƏ GÖNDƏRİLİR

Baxış sayı:
172

Muxalifet.az xəbər verir ki, BMT-nin Dünya Qida Proqramının direktoru Devid Bisli deyib: “Yəməndə ziyarət elədiyim xəstəxanalardan birində həkim hər gün xəstəxanaya gələn 50 uşaqdan 30-nu evinə göndərib ölümə tərk eləməyə məcbur olduqlarını dedi. Çünki, imkanları yalnız 30 uşağı qəbul eləməyə çatırdı”.
Bisli vətəndaş müharibəsinin davam elədiyi və dünyanın ən böyük humanitar faciələrindən birinə məruz qalmış Yəmənə səfərindən sonra BMT-nin Baş Mərkəzində keçirdiyi mətbuat konfransında ölkədəki vəziyyətdən danışıb.
Yəməndə ərzaq təminatı və iqtisadi vəziyyətin getdikcə pisləşdiyini, ərzaq qiymətlərinin artdığını və pul vahidi olan riyalın dəyərsizləşdiyini söyləyən Bisli “ölkə fəlakət içərisindədir” deyə açıqlama verib.
Yəməndə iki aylıq ərzağın qaldığını bildirən Bisli deyib: “Yəməndə tam aclıq sadəcə 6 ay uzaqdadır”.
Bisli 8 milyon insanın dolanışıq mənbəyini itirdiyini, ölkədə 1,2 milyon nəfər məmura iki il ərzində ardıcıl maaş verilmədiyini, iqtisadi çöküşün qarşısının alınması üçün ölkəyə 200 milyon dollar verilməsinin lazım gəldiyini deyib.