Yırtıcı quşlar bala ceyranı anasının gözü qarşısında belə parçaladılar - VİDEO

Baxış sayı:
2146

Keniyanın Masai Mara qoruğuna səfər edən turist maraqlı video çəkib.
Muxalifet.az
ölkə.az-a istinadən bildirir ki, o, kərkəs sürüsünün ceyran balasına hücumuna şahid olub. Turist çəkdiyi videoçarxı "Masai Sightings" "YouTube" kanalına yerləşdirib.
Görüntüdə yırtıcı quşların ceyran balasına hücumu, ana ceyranın uğursuz mübarizəsi əks olunub. Lakin ananın müdafiəsinə baxmayaraq,  o yırtıcılara qalib gələ bilmir. Sonda kərkəslər bala ceyranı parçalayırlar.
Video bu sözlərlə bitir: "Savannada yırtıcı olmaq çətindir".