​Yıldırımdan yunan həmkarına başsağlığı

Baxış sayı:
3283

Türkiyə Baş naziri Binəli Yıldırımla yunan həmkarı Aleksis Çipras arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, Yıldırım Egey dənizində yunan qırıcısının qəzaya uğraması nəticəsində ölən pilota görə özünün və prezident Rəcəb Tayyib Ərdoğanın adından həmkarına başsağlığı verib.
Tərəflər bundan sonra iki ölkə arasında konstruktiv əlaqələrin davam etməsi üçün rabitə kanallarının daim açıq saxlanılmasının vacibliyini bildirib.
Qeyd edək ki, bu gün yunan qırıcısı Egey dənizində qəzaya uğrayıb.