​Yıldırımdan İmamoğluna: Qonaq ev sahibinin quzusudur

Baxış sayı:
10135

AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Binəli Yıldırım CHP namizədi Əkrəm İmamoğlunu çay qonaqlığına dəvət etməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Yıldırım Tvitter hesabında İmamoğlunun çay dəvətini xatırlatmasını belə cavablandırıb:
"Çaya dəvətim keçərlidir, lakin qonaq ev sahibinin quzusudur. Belə tələskənliyə ehtiyac lüzum yoxdur. Bazar günü keçsin, işimizi yekunlaşdıraq, harada istəsə, oturub çay içib, söhbət edərik".
Qeyd edək ki, Yıldırım İmamoğlu ilə canlı yayım debatından sonra çay içməyə dəvət etmişdi.