YILDIRIM: Yaxın Şərqə baxanda insan görmürlər ki!

Baxış sayı:
4747

Dünyanın bir çox ölkəsi Yaxın Şərqə baxanda neft görür. Nə yazıq ki, insanı görə bilmirsiniz.
Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
“Bu gün Suriyada çox ölkə nüfuz müharibəsi aparır, Türkiyə isə sadəcə bəşəri sülh uğrunda mübarizə aparır. Döyüşlər başladığı gündən qapılarımızı zülmə məruz qalan 3.5 milyondan çox insana qapılarımızı açdıq və ağrılarını paylaşdıq. Nə BMT, nə ABŞ, nə də Avropa qaçqınlara sahib çıxdı. Gərəkli dəstək də göstərilmədi. Türkiyə bu insanların həyata bağlanması üçün əlindən gələni edir”, - Binəli Yıldırım bildirib./Axar/