Yəhudilər Trampa etiraz etdi: “Sən müasir Fironsan”

Baxış sayı:
2725

ABŞ prezidenti Tramp Yəhudi Koalisiyasının (RJC) Las Vegasda keçirilən Konqresində çıxış edən zaman İsraili dəstəklədiyi üçün bir qrup Yəhudi gənclər tərəfindən etiraz edilib.
 
Konqresdə iştirak edən bir qrup Yəhudi gənc ABŞ prezidenti Tramp çıxış edərkən ayağa qalxaraq “Yəhudilər, "işğal xəstəlikdir" demək üçün buradadırlar. Yəhudilər “ağ irqçilik” xəstəlikdir, demək üçün burdadırlar” deyə şüarlar səsləndiriblər. Bundan başqa Yəhudi gənclər “Tramp müasir dövrün fironudur. Biz cəmiyyətimizə işğal və ağ irqçilik kimi xəstəlikləri rədd etməyə çağırış edirik” deyə etiraz şüarları səsləndiriblər.
Müxalifət.az