Yəhudilər İsrailə qarşı çıxdı: “TÜRKİYƏ BURAYA DA GƏLSİN”

Baxış sayı:
5704

Haredi Yəhudilərinin İsrail dövlətinə olan təpkiləri dayanmır. Ultra ortodoksal Yəhudilərindən olan Ben Tziyon Margilit, "İsrail həm bizə, həm Fələstinlilərə zülm edir. Türkiyənin buraya da gəlməsini istəyirik. Biz Türkiyənin, İsrail qurulmadan əvvəl olduğu kimi, yenidən buraya hakim olmasını istəyirik" deyə, bildirib.
 
Ultra Ortodoksal (Haredi) Yəhudilərindən olan Ben Tziyon Margilit, İsrailin həm dindar Yəhudilərə, həm də Fələstinlilərə zülm etdiyini söyləyərək, "Yəhudilərin ən gözəl günlərini Osmanlı dövründə yaşadığını" bildirib.
İsrailin cənubundakı Askalan (Aşkelon) Sülh Cəza Məhkəməsinin bazar ertəsi günü həyatını itirən ay yarımlıq uşağa ekspertizanın keçirilməsinə qərar verməsi, ölkənin 11,1 faizini təşkil edən Ultra Ortodoksal Yəhudilərin qəzəbinə səbəb olub.
 
ƏN GÖZƏL GÜNLƏRİ OSMANLI DÖVRÜNDƏ YAŞAMIŞIQ
 
Dini əsaslarla meyitin yarılması qərarına qarşı çıxan Haredi Yəhudilərinə dünən Qüdsdə polis TOMA su maşınları ilə sərt şəkildə müdaxilə edib. Müdaxilə əsnasında təzyiqli su ilə islanan Haredi Yəhudisi Ben Tziyon Margilit etdiyi açıqlamada, İsrailin həm dindar Yəhudilərə, həm də Fələstinlilərə zülm etdiyini deyərək, onlar üçün ən gözəl günlərin Osmanlı dövründə baş verdiyini ifadə edib.
Türkiyənin Fələstinə qayıtması və onlara yardım etməsi çağırışı edən Margilit, bunları dilə gətirib:
“Altı həftə əvvəl doğulan uşağı dəfn etmək üçün cənazəsinin bizə təslim edilməsini istəyirik. Ancaq onlar cəsədi yarmaq istəyirlər. Bədənini kəsmək istəyirlər. Dəfn etməyimizə də icazə vermirlər”.
Margilit, İsrailin onlara hərbi xidmətə məcbur etdiyini diqqəti çəkərək, "Bununla yanaşı, dindarları əsgəri xidmət keçməyə məcbur edirlər. Ancaq bizim dünyəvi İsrail dövləti ilə heç bir əlaqəmiz yoxdur" deyə, söyləyib.
 
TÜRKİYƏNİN YENİDƏN HAKİM OLMASINI İSTƏYİRİK
 
Margilit, Türkiyənin yenidən bu torpaqlarda hegemon olmasını istədiyini bildirərək," İsrail həm bizə, həm Fələstinlilərə zülm edir. Türkiyənin buraya gəlməsini istəyirik. Biz Türkiyənin, İsrail qurulmadan əvvəl olduğu kimi, yenidən buraya hakim olmasını istəyirik. Çünki bu bizim üçün ən yaxşısıdır. İsrail dövləti dünyəvi dövlət olmaq istəyir, Tövrata sadiq, dini vəzifələri yerinə yetirən Yəhudi bir dövlət olmaq istəmir" deyə, bildirib.
 
ƏRDOĞAN ŞÜARLARI ATDILAR
 
Bu zaman Margilit ilə müsahibə əsnasında ətrafdakı bəzi Yəhudilər də prezident Rəcəb Tayyib Ərdoğana sevgilərini nümayiş etdirərək, "Ərdoğan, Ərdoğan" deyə, şüar səsləndiriblər.
Müxalifət.az